AZ

"Avropa üçlüyü" Ukraynaya dəstəyi artırmaq barədə razılığaGƏLDİ

Böyük Britaniya, Fransa və Almaniyadan ibarət "Avropa üçlüyü" yaxın gələcəkdə Ukraynaya göstərilən dəstəyi gücləndirmək qərarına gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumat Böyük Britaniya hökumətinin rəsmi saytında yerləşdirilib.

Məlumata görə, mayın 22-də Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Ukrayna lideri Volodimir Zelenski arasında onlayn görüş keçirilib.

Yayılan bəyanatda bildirilir ki, liderlər Ukrayna xalqının gücünə və cəsarətinə ehtiramlarını bildirib, həmçinin yaxın aylarda ölkəyə göstərilən dəstəyi ikiqat artıracaqlarını təsdiqləyiblər.

Xədicə BAXIŞLI

Seçilən
34
1
redaktor.az

2Mənbələr