AZ

Bakı diplomatik körpü rolunu oynayır Deputat

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Bakıda keçirilən forum qlobal siyasi və iqtisadi parçalanmaların dərinləşdiyi dövrdə, dialoqun hələ də mümkün olduğunu göstərən canlı platforma missiyasını uğurla yerinə yetirərək dünyaya önəmli mesajlar verdi. 176 ölkədən 57 mindən çox iştirakçının Bakıda bir araya gəlməsi Azərbaycanın qlobal qərarvermə və fikir mübadiləsi məkanlarından birinə çevrildiyinin göstəricisidir. Diqqət çəkən əsas məqam isə ondan ibarətdir ki, Bakı beynəlxalq tədbirlərin keçirildiyi şəhər statusundan çıxaraq, müxtəlif siyasi sistemlərə, fərqli iqtisadi modellərə və hətta bir-biri ilə rəqabətdə olan aktorlara eyni masa arxasında danışmaq imkanı yaradan geosiyasi platforma statusunu qazanıb”.Bunu deputat Elçin Mirzəbəyli Demokrat.az-a bildirib.O deyib ki, COP29-dan sonra WUF13-ün də rekord iştirakla baş tutması təsadüfi deyil:“Bu, Prezident İlham Əliyev tərəfindən formalaşdırılan çoxşaxəli xarici siyasətin və etibarlı tərəfdaş imicinin praktik nəticəsidir. Ən maraqlı məqamlardan biri də budur ki, dünya şəhərləşmə, iqlim böhranı, miqrasiya, sosial bərabərsizlik və urban təhlükəsizlik kimi problemlərlə üz-üzə qaldığı vaxtda forumun Bakıda keçirilməsi Azərbaycanın özünün keçdiyi inkişaf yolu və hədəfləti ilə tamamilə səsləşir. Çünki Bakı artıq postmünaqişə dövründə “ağıllı şəhər”, dayanıqlı inkişaf və yeni urban idarəetmə modellərini real şəkildə tətbiq edən siyasi mərkəzə çevrilməkdədir. Qərb ilə Şərqin, Şimal ilə Cənubun kəsişməsində yerləşən Azərbaycan bu forum vasitəsilə göstərdi ki, qarşıdurmaların dərinləşdiyi bir dövrdə neytral və etibarlı dialoq məkanı olmaq mümkündür. Məhz buna görə Bakı bu gün yalnız coğrafi baxımdan deyil, diplomatik baxımdan da körpü rolunu oynayır”.Qeyd edək ki, WUF13 (XIII Ümumdünya Şəhərsalma Forumu) 17-22 may 2026-cı il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində, Bakı Olimpiya Stadionunda keçirilən urbanizasiya və davamlı şəhər inkişafı üzrə dünyanın ən nüfuzlu qlobal konfransıdır. UN-Habitat və Azərbaycan Hökumətinin birgə təşkil etdiyi bu mötəbər tədbir "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" şüarı altında keçirilib. Forum çərçivəsində rəqəmsal transformasiya, yaşıl enerji keçidi və gələcəyin smart şəhər modelləri qlobal şəhərsalma siyasətinin mərkəzində dayanır. İlk dəfə Liderlər Sammiti formatında təşkil olunan konfransda 180-dən çox ölkədən rekord sayda ekspert və rəsmi nümayəndə iştirak edib. Azərbaycan bu platformada Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, həmçinin "Ağıllı şəhər" təcrübəsini dünya ictimaiyyətinə uğurla təqdim edib. Yekunda qəbul edilən "Bakı Bəyannaməsi" isə gələcək inklüziv urbanizasiya və qlobal mənzil təminatı sahəsində dünya ölkələri üçün əsas strateji yol xəritəsi rolunu oynayacaq.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
demokrat.az

1Mənbələr