AZ

Ukrayna savaşında yeni mərhələ? – Zelenskidən ABŞ siqnalı

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Ukraynanın beynəlxalq tərəfdaşları olan Böyük Britaniya, Fransa və Almaniya ilə danışıqlar aparılıb.

Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, həftənin sonuna qədər “amerikalıların hazırlığı ilə bağlı yenilik” ola bilər.

“Avropalı tərəfdaşlarımızla – Böyük Britaniya, Fransa və Almaniya ilə, yəni E3 formatında müzakirələr apardıq. Həftənin sonuna qədər amerikalıların hazırlığı ilə bağlı yenilənmiş məlumat ola bilər. Təbii ki, burada İranla bağlı vəziyyətin inkişafı da mühüm rol oynayır. ABŞ hazırda buna xüsusi diqqət yetirir”, – deyə, Zelenski bildirib.

Ukrayna lideri əlavə edib ki, ölkəsi müharibənin başa çatmasına yaxın diplomatik səyləri gücləndirmək üçün bütün imkanlardan istifadə edir.

“Diplomatiyamızı gücləndirmək və müharibənin sona çatmasına yaxınlaşmaq üçün əlimizdən gələni edirik. Bu, bizim əsas prioritetimizdir”, – deyə Zelenski vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
46
turkustan.az

1Mənbələr