AZ

“Mingəçevir” Premyer Liqaya vəsiqə qazana bilər: “Qəbələ”nin rəqibi müəyyənləşdi

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasında mövsümün son oyunları keçirilir. Birinci Liqada isə mübarizə başa çatıb. Hamını geridə qoyan “Şəfa” Premyer Liqaya vəsiqə qazanıb. İkinci pillənin sahibini “Mingəver” – “Səbail” qarşılaşması müəyyən edib. 4:1 hesabı ilə qələbə qazanan meydan sahibləri Premyer Liqanın 11-cisi ilə pley-off mübarizəsinə qoşulmaq hüququ qazanıb. Yəni güclülər dəstəsində yer almaq üçün “Qəbələ”ni sıradan çıxarmaq lazım gələcək.

Bizimyol.info xəbər verir ki, “Şəfa” mövsümü 57, “Mingəçevir” 51, “Səbail” 50, “Baku Sportinq” isə 49 xalla bitirib. İkinci Liqaya Ağsunun “Difai” klubu düşüb. Xaçmazı təmsil edən “Şimal” Birinci Liqada qalmaq üçün pley-off görüşündə “Qaradağ-Lökbatan”dan üstün olmalıdır.

Bəs Birinci Liqa klubları haqqında nə demək olar?

“Şəfa” ilk turlardan liderliyi ələ keçirmişdi. Məlum idi ki, yüksək liqa təcrübəsi olan klub birinci yeri əldən vermək fikrində deyil. “Şəfa”nı bu liqada həm də ən imkanlı klub adlandırmaq olardı.

“Mingəçevir”in maliyyə vəziyyəti çox yaxşı idi. Amma iş adamı Adnan Əhmədzadənin həbsi klubda qeyri-müəyyənlik yaratdı. Hətta futbolçuların məvaciblərinin gecikməsi barədə söz-söhbət də vardı. Amma “Mingəçevir” sona qədər mübarizə apararaq minimum vəzifəni yerinə yetirdi.

“Səbail” üçün üçüncü yer uğursuzluq sayılmalıdır. Paytaxt klubunun ikinci pilləni əldən verdiyini əminliklə demək olar. Çünki “Mingəçevir” bir neçə dəfə asan rəqiblərlə oyunlarda xal itirərək “Səbail”ə yol açmışdı.

“Mingəçevir” üçün “Qəbələ”dən üstün olmaq asan vəzifə deyil. Ölkə kubokunun qarşılaşmaları göstərmişdi ki, Premyer Liqa klubları ilə aşağı dəstə təmsilçiləri arasında ciddi səviyyə fərqi var. Burada “Qəbələ” favorit sayılır.

Birinci Liqada “Difai”ni “Xankəndi” əvəz edəcək. Qarabağ təmsilçisi ikinci liqada çox inamlı təsir bağışlayırdı. Bu komandanın daha yüksək dəstədə necə oynayacağı çox maraqlıdır.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
bizimyol.info

1Mənbələr