Burda diqqəti çəkən məqamlardan biri də oyunu tribunadan izləyənlər sırasında “Kəpəz”in baş məşqçisi Azər Bağırovun da olmasıydı.
Mütəxəssisin adı Ayxan Abbasovla yollarını ayıracağı dəqiqləşən “şirlər”lə yanaşı hallandığından çoxuna onun gələcək komandasını izləmək üçün Qəbələyə yollandığını düşündü. Həmçinin hadisənin “sarı-göylər”in “Neftçi” ilə qarşılaşması ərəfəsində baş verməsi birmənalı qarşılanmadı.
Bəs, reallıq nədən ibarətdi? Bu sualla Azər bəyə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Komanda səhər saatlarında məşqini keçib. Bu barədə görüntülər klubun sosial şəbəkə hesablarında paylaşılıb. Dünən Gəncədən ayrıldım. Boş vaxtımı səmərəli keçirmək məqsədilə yolüstü Qəbələ şəhər stadionuna yollandım. Qəbələdə evim də var. Futbol adamı kimi premyer-liqa matçı izləmək istədim. Burda böyüdüləsi nəsə yoxdu”.
KƏNAN BAHADIR