Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Əmək münasibətlərində gecə iş rejimi və bunun işçilərin sağlamlığına, həmçinin ümumi həyat keyfiyyətinə təsiri son dövrlərdə daha çox müzakirə olunan məsələlərdən biridir. İş saatlarının fərqli növbələr üzrə təşkil olunması istehsalatın və xidmət sahələrinin fasiləsiz fəaliyyətini təmin etsə də, işçilərin bioloji ritminə və orqanizmin normal fəaliyyətinə təsir göstərir. Əmək Məcəlləsinə əsasən, gecə növbəsində çalışan işçilərə əlavə ödəniş verilir. Lakin bu rejimin maddi üstünlükləri ilə yanaşı, sağlamlığa ciddi mənfi təsirləri də qaçılmazdır. Gecə saatlarında ifraz olunan bəzi hormonlar gündüz vaxtı eyni səviyyədə ifraz olunmur. Nəticədə orqanizmdə immun sisteminin zəifləməsi, dərinin yorğun görünməsi, psixoloji və fiziki yorğunluq kimi müxtəlif fəsadlar yarana bilər.Məsələ ilə bağlı Terapevt Günay Lətifova Demokrat.az-a bildirib ki, Əmək Məcəlləsindəbelə bir məqam qeyd olunub ki, gecə növbəsində çalışan işçilərə əlavə ödəniş verilir:"Amma təbii ki, bunun müsbət tərəfi maddi təminatdır, mənfi tərəfi isə sağlamlıq və ümumi orqanizmə təsir edən amillərlə bağlıdır. Gecə saatlarında ifraz olunan bəzi hormonlar gündüz vaxtı eyni səviyyədə ifraz olunmur. Məsələn, melatonin və somatotropin hormonları buna aiddir. Melatonin yuxu hormonu, somatotropin isə böyümə hormonudur. Bu hormonlar əsasən gecə saatlarında ifraz olunur və yuxu rejimi pozulduqda onların normal fəaliyyəti də zəifləyir.Nəticədə orqanizmdə müxtəlif fəsadlar yarana bilər: immun sisteminin zəifləməsi, dərinin yorğun görünməsi, psixoloji və fiziki yorğunluq və digər oxşar hallar.Gecə növbəsinin müsbət tərəfi maddi üstünlük olsa da, mənfi tərəfləri də qaçılmazdır", - deyə həkim qeyd edib.Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.