ain.az, Demokrat.az portalına istinadən məlumat verir.
"Mən yaşamıram ki, zülm çəkirəm".Demokrat.az xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında xalq artisti Naibə Allahverdiyeva deyib. Aktirsa ayaqlarındakı ağrılardan əziyyət çəkdiyini bildirib:"Qızımın toyundan sonra ayaqlarım şişib. 2-3 fərqli həkimə müraciət etmişəm, amma hərəsi bir söz deyir. Müalicə olunuram, lakin problem hələ də qalır. Artıq bezmişəm. Nə vaxta qədər həkim-həkim, müayinə-müayinə gəzmək olar? Bütün qazancım dərmanlara və həkimlərə gedir. Belə həyat olar?"Naibə Allahverdiyeva 25 ildir eyni problemdən əziyyət çəkdiyini də vurğulayıb:"25 il əvvəl ayağım sınmışdı. Bu, mənim bütün həyatımı dəyişdi. Həmin vaxt həkim ayağımı düzgün müalicə etmədi. İki gün ayağım o vəziyyətdə qaldı. Həmin gündən zülm çəkirəm".Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.