AZ

Rəsmi: "Real"dan gedir

style='margin-bottom:10px;'>

"Real"ın futbolçusu David Alaba mövsümün sonunda klubdan ayrılacaq.

QOL.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

"Real" göstərdiyi xidmətlərə görə 33 yaşlı müdafiəçiyə təşəkkür edib və ona uğurlar arzulayıb.

Avstriyalı futbolçu 2021-ci ilin yayından bəri Madrid təmsilçisində oynayırdı. Bu müddət ərzində Alaba bütün turnirlərdə 131 oyun keçirib, 5 qol vurub və 9 məhsuldar ötürmə verib. Müdafiəçi "Real"la 2 dəfə İspaniya La Liqasını, 2 dəfə Çempionlar Liqasını, 1 dəfə UEFA Superkubokunu, 2 dəfə İspaniya Superkubokunu və 1 dəfə İspaniya Kubokunu qazanıb.

Seçilən
22
teleqraf.com

1Mənbələr