Azertag saytına istinadən ain.az xəbər verir.
Vaşinqton, 22 may, AZƏRTAC
ABŞ Dövlət katibi Marko Rubio bu gün NATO Xarici İşlər Nazirlərinin toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
AZƏRTAC-ın məlumatına görə, tərəflər Ankarada keçiriləcək NATO Zirvə Toplantısı ilə bağlı məsələləri, müdafiə xərclərinin artırılmasının və müdafiə istehsalını genişləndirməyin vacibliyini müzakirə ediblər. Onlar, həmçinin Hörmüz boğazının açılması və regional sabitlik barədə danışıblar.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.