AZ

Saxlanılan Blok3 sərbəst buraxıldı: "Dövlətimizdən Allah razı olsun" - VİDEO

Saxlanılan Blok3 sərbəst buraxıldı: "Dövlətimizdən Allah razı olsun" - VİDEOTürkiyədə uyuşdurucu maddələrə qarşı aparılan istintaq çərçivəsində saxlanılan və "Blok3" ləqəbi ilə tanınan reper Hakan Aydın məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məlumata görə, ifadəsi alınan və müxtəlif test prosedurlarından keçirilən məşhur ifaçı barəsində "ölkədən çıxışa qadağa" qərarı tətbiq edilib. Prosedurlar tamamlandıqdan sonra Aydın sərbəst buraxılıb.

Məhkəmə binasını tərk edərkən jurnalistlərə açıqlama verən reper, "Dövlətimizdən Allah razı olsun, bizi çox yaxşı qarşıladılar. Testlərimizi verdik, məhkəməyə çıxdıq" deyə bildirib.

Hadisə sosial mediada geniş rezonans doğurarkən, istintaqın davam etdiyi qeyd olunub.

Seçilən
92
sonxeber.az

1Mənbələr