AZ

"Sabah"ın gənc qapıçısı meydana köhnə loqolu forma ilə çıxdı

Misli Premyer Liqasının son turu çərçivəsində baş tutan "Turan Tovuz" – "Sabah" (1:2) qarşılaşması meydandakı gərgin mübarizə ilə yanaşı, diqqətçəkən maraqlı bir detallarla da yadda qalıb.

Fanat.Az  xəbər verir ki, paytaxt təmsilçisi "Sabah"ın gənc qapıçısı Rəvan Mirzəmmədovun geyindiyi oyun formasında klubun köhnə loqosu əks olunub.

Bu, stadiona toplaşan azarkeşlərin və qarşılaşmanı televiziya vasitəsilə izləyən futbolsevərlərin böyük marağına səbəb olub.

Futbol arenalarında bu tipli texniki detallar və geyim fərqlilikləri zaman-zaman dünya klublarında da yaşanır və idman mətbuatı üçün hər zaman maraqlı mövzu hesab olunur.

Kamil Xudiyev

Seçilən
40
1
fanat.az

2Mənbələr