Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
OpenAI ChatGPT daxilində şəxsi maliyyənin idarə olunması sahəsində yeni mərhələyə başlayır. ABŞ-də ChatGPT Pro istifadəçiləri üçün mərhələli şəkildə istifadəyə verilən yeni funksiya vasitəsilə bank hesabları, kredit kartları və investisiya hesabları ChatGPT-yə qoşula biləcək. İstifadəçilər xərclərini, abunəliklərini, yaxınlaşan ödənişlərini və investisiya portfellərinin bölgüsünü vahid panel üzərindən izləyə biləcəklər. Bəs bu yenilik hansı risklər yaradacaq?Mövzu ilə bağlı İT mütəxəssis Natiq Məmişov Demokrat.az-a bildirib ki, bu dəyişikliklə AI maaşı, kredit tarixçəsini, xərcləri, vərdişləri və məhsullara meyilliliyi analiz edəcək."Bir tərəfdən bu, faydalıdır, digər tərəfdən isə həddindən artıq detallı analiz etik və məxfilik baxımından risk yarada bilər. Məsələn, sistem reklamları daha dəqiq yönləndirə, istifadəçini müəyyən məhsullara sövq edə və nəticədə daha çox xərc formalaşdıra bilər. Burada əsas məsələ tənzimləmə və təhlükəsizlikdir.Xüsusilə maliyyə məlumatları ilə bağlı risklər ciddi xarakter daşıyır. Banklar və digər maliyyə qurumları bu məlumatları düzgün qorumalı, məlumat sızmasının qarşısı alınmalıdır. Əks halda, həssas maliyyə məlumatlarında təhlükə yarana bilər. İnsanlar əvvəllər öz maliyyə məlumatlarını daha qapalı saxlayırdılar, lakin indi AI bu məlumatları daha geniş şəkildə analiz edə bilir. Bu isə aylıq xərclərin, kredit riskinin və investisiya davranışlarının təhlili əsasında maliyyə köməkçisi kimi xidmət göstərmək imkanı yaradır. Bu, istifadəçi üçün ciddi üstünlükdür".Ekspert deyib ki, məsələn, bank sistemlərində kredit tarixçəsi ilə bağlı MKR kimi mexanizmlər mövcuddur və müəyyən razılıq əsasında məlumatlar uzun müddət ərzində sorğulana bilir:"Bu da o deməkdir ki, sistem istifadəçinin maliyyə tarixçəsinə davamlı çıxış əldə edə bilər. Hətta bəzən bu məlumatlara çıxışın nə dərəcədə nəzarətli olduğu istifadəçi üçün tam aydın olmur. Bank hesablarının AI sistemləri ilə inteqrasiyası böyük mərhələdir. Bu, büdcə planlaması, xərc analizi və maliyyə qərarlarının optimallaşdırılması üçün ciddi imkanlar yaradır. Məsələn, Leobank kimi tətbiqlərdə aylıq xərclərin kateqoriyalara bölünməsi istifadəçiyə real mənzərə təqdim edir. Digər tərəfdən, şəxsi maliyyə məlumatlarının AI sistemləri ilə paylaşılması məxfilik və kibertəhlükəsizlik baxımından risklidir. Burada əsas problem texnologiyanın özü deyil, məlumatların necə qorunması və istifadəçi nəzarətinin hansı səviyyədə olmasıdır. Bank sistemində bir istifadəçinin məlumatlarını görmək mümkündür, lakin daha geniş sistemlərdə bu məlumatların necə istifadə edildiyi əsas müzakirə mövzusudur", - deyə o qeyd edib.Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.