AZ

Bu küçədə sərnişin mindirib-düşürənlər cərimələnməyəcək

Həsən Əliyev küçəsində mövcud küçə parklanma yerinin bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən sosial xidmət və tibb müəssisələrinə gələnlər üçün əlavə şərait yaradılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Publika.az-a bildirilib ki, ərazidə “3.28” – “durmaq qadağandır” yol nişanı quraşdırılmaqla minib-düşmə yeri təşkil olunub.

Eyni zamanda “5.14” – “minik taksilərinin duracaq yeri” yol nişanı yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.

Seçilən
59
3
publika.az

4Mənbələr