AZ

Ucuz qiymətə torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanda torpaq sahələrinin satışı və icarəsi ilə bağlı növbəti hərrac və müsabiqələr elan olunub.

BAKU.WS-in məlumatına görə 24 iyun 2026-cı ildə Azərbaycanda müxtəlif rayon və şəhərlərdə yerləşən bələdiyyə torpaqları üzrə müsabiqə və hərraclar keçiriləcək.

Əmlak Məsələləri Dövlət Xidmətinin regional şöbələrində təşkil olunacaq hərraclarda kənd təsərrüfatı, heyvandarlıq, sahibkarlıq və fərdi yaşayış evi tikintisi məqsədilə nəzərdə tutulan torpaq sahələri satışa və icarəyə çıxarılıb.

Hərraclara çıxarılan torpaqlar Xızı, Salyan, Mingəçevir, Yevlax, Lənkəran, Zərdab, Bərdə, Tərtər, Gədəbəy, Şəmkir, Quba, Şabran, Ağcabədi və Ağsu rayonlarını əhatə edir. Torpaq sahələrinin böyük hissəsi 15 illik icarəyə verilir. Sahələr arasında kənd təsərrüfatı məhsullarının istehsalı, heyvandarlıq və sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulan ərazilər üstünlük təşkil edir.

Şabran rayonunun Zağlı kəndində yerləşən 1200 kvadratmetrlik torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün satışa çıxarılıb. Ağcabədi rayonunda 20 hektarlıq əkin sahəsi, Gədəbəydə isə 77 hektardan çox torpaq sahəsi hərrac və müsabiqəyə təqdim olunan ən iri ərazilər sırasındadır.

Rayon / Bələdiyyə Torpaq sahəsi və müddət Məqsəd İlkin qiymət Xızı rayonu, Giləzi Bələdiyyəsi (Sitalçay kəndi) 15 ha – 15 illik icarə Heyvandarlıq 810 manat Xızı rayonu, Giləzi Bələdiyyəsi (Şorabad kəndi) 2 ha – 15 illik icarə Heyvandarlıq 108 manat Salyan rayonu, Qızılağac Bələdiyyəsi 1 ha – 15 illik icarə Kənd təsərrüfatı istehsalı 480 manat Mingəçevir Bələdiyyəsi 200 kv.m – 15 illik icarə Sahibkarlıq 1500 manat Yevlax rayonu, Tanrıqulular Bələdiyyəsi 1.70 ha – 5 illik icarə Heyvandarlıq 187 manat Lənkəran rayonu, Boladi Bələdiyyəsi 5000 kv.m – 15 illik icarə Kənd təsərrüfatı istehsalı 125 manat Zərdab rayonu, Çallı Bələdiyyəsi 2 ha – 15 illik icarə Kənd təsərrüfatı istehsalı 280 manat Bərdə rayonu, Uğurbəyli Bələdiyyəsi 48 kv.m – 15 illik icarə Sahibkarlıq 825 manat Bərdə rayonu, Lənbəran Bələdiyyəsi 3 ha – 15 illik icarə Kənd təsərrüfatı istehsalı 900 manat Tərtər rayonu, Mamırlı Bələdiyyəsi 1.97 ha – 15 illik icarə Heyvandarlıq 394 manat Gədəbəy rayonu, Söyüdlü Bələdiyyəsi 77.35 ha – 15 illik icarə Müxtəlif təyinatlı istifadə 15 470 manat Gədəbəy Bələdiyyəsi 2.3670 ha – 15 illik icarə Müxtəlif təyinatlı istifadə 947 manat Şəmkir rayonu, Zəyəm Bələdiyyəsi 4.99 ha – 15 illik icarə Heyvandarlıq 928 manat Quba rayonu, Birinci Nügədi Bələdiyyəsi 2.48 ha – 15 illik icarə Kənd təsərrüfatı istehsalı 322 manat Şabran rayonu, Rəhimli Bələdiyyəsi (Padar kəndi) 1 ha – 15 illik icarə Kənd təsərrüfatı istehsalı 100 manat Şabran rayonu, Pirəbədil Bələdiyyəsi (Zağlı kəndi) 1200 kv.m – satılır Fərdi yaşayış evi 9600 manat Ağcabədi Bələdiyyəsi 20 ha – 15 illik icarə Kənd təsərrüfatı istehsalı 10 220 manat Ağcabədi rayonu, Yeni Qaradolaq Bələdiyyəsi 10 ha – 15 illik icarə Heyvandarlıq 2000 manat Ağsu rayonu, Kalva Bələdiyyəsi 2 ha – 15 illik icarə Heyvandarlıq 442 manat

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
baku.ws

1Mənbələr