ABŞ Prezident Donald Tramp böyük oğlu olan kiçik Donlad Trampın toyunda iştirak edib-etməycəyini hələ də dəqiqləşdirməyib.
Ölkə.az xəbər verir ki, jurnalistlərə açıqlamasında Tramp deyib: “O, mənim orada olmağımı istərdi. Amma bu, kiçik, özəl bir tədbir olacaq. Mən bunu etməyə çalışacağam".
Tramp kiçik Donald haqqında fikirini belə açıqlayıb: “Mən dedim ki, bilirsiniz, indi mənim üçün uyğun vaxt deyil. İranda və başqa yerlərdə işlərim var”.
O əlavə edib ki, bu məsələdə qalib gələ bilmərəm. “Əgər özüm gəlsəm, məni öldürəcəklər. Gəlməsəm, əlbəttə ki, saxta xəbərlərlə öldürüləcəyəm”, - Tramp qeyd edib.
Bununla belə, Tramp Bettinanı uzun müddətdir tanıdığını və cütlüyün gözəl bir evlilik quracağına ümid etdiyini qeyd edib.
Qeyd edək ki, kiçik Donald Trampla Bettina Anderson toylaırnı Baham adalarında keçirməyi planlaşdırırlar.
48 yaşlı Donald Trampla 39 yaşlı Bettina 15 dekabr 2025-ci ildə prezidentin özünün də qatıldığı Ağ Ev mərasimində nişanlandıqlarını elan ediblər.
Mürtəza