AZ

Qeyri sağlam qidalanmaq maşına keyfiyyətsiz benzin vurmaq kimdir 92 yaşlı aktrisa

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Hollivud ulduzu Coan Kollinz 92 yaşında gümrah, enerjili və təravətli qalmağının sirrini açıb. Kan kinofestivalının açılışında görünüşü ilə pərəstişkarlarını heyran qoyan aktrisa qidalanma vərdişlərindən danışıb.Demokrat.az xəbər verir ki, aktrisa hər gün avokado yediyini və sağlamlığını qorumaq üçün üç xüsusi əlavədən istifadə etdiyini bildirib. O, qidaların keyfiyyətinə ciddi önəm verdiyini vurğulayıb:"Mən C, E vitaminləri və omeqa yağları qəbul edirəm. Yediyiniz qidaların keyfiyyəti istifadə etdiyiniz kosmetik məhsulların keyfiyyəti qədər vacibdir. Balanslaşdırılmış pəhriz saxlamağa çalışıram".Elmi araşdırmalar da Kollinzun haqlı olduğunu göstərir. Tərkibindəki yüksək yağ və lif sayəsində avokado ürək sağlamlığını qoruyur, ikinci tip şəkərli diabet riskini azaldır. Bu meyvə lif, kalium, maqnezium, K və E vitaminləri ilə zəngindir. Həmçinin göz sağlamlığı üçün faydalı maddələr ehtiva edir.Məşhur aktrisa digər pəhriz sirlərini də bölüşüb. Adətən səhər yeməyi yeməyən ulduz gecə saatlarında qəlyanaltı etməkdən qətiyyətlə imtina edir:"Yatmazdan əvvəl heç vaxt yemək yemirəm. Hesab edirəm ki, bədənimiz fabrikdir, onu düzgün qidalandırmaq lazımdır. Yaxşı maşınınız varsa, ona keyfiyyətsiz yanacaq vurmazsınız. Mən nə yediyimə qarşı çox tələbkaram".İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
demokrat.az

1Mənbələr