AZ

Vuçiç: Serbiya Aİ yə qoşulmaq istəyir, amma ABŞ dan uzaqlaşmayacaq

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Aleksandar Vuçiç Serbiyanın Avropa İttifaqına (Aİ) üzv olmaq niyyətində olduğunu, lakin bunun ABŞ ilə münasibətlərin davam etdirilməsi sayəsində baş verməyəcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, Serbiya lideri "Fox News" üçün yazdığı məqalədə son dövrlər Avropada ABŞ-a qarşı “laqeydlik və etinasızlığın yayıldığını” qeyd edib. Onun sözlərinə görə, Avropa “strateji muxtariyyət” siyasəti çərçivəsində Vaşinqtondan uzaqlaşmağa çalışır.

Vuçiç bildirib ki, Serbiya isə əks istiqamətdə hərəkət edir və ölkədə ABŞ-a rəğbət artır. “Serbiya Avropa İttifaqına tamhüquqlu üzvlük əldə etməkdə maraqlıdır. Lakin, bizim üçün Brüsselə gedən yol Vaşinqtondan uzaqlaşmaq anlamına gəlmir. Əksinə, Serbiyanın ABŞ ilə xüsusi münasibətlərinin bütün Avropa qitəsinin sabitliyi və inkişafı üçün mühüm üstünlük ola biləcəyini düşünürük”, – deyə o yazıb.

Vuçiçun sözlərinə görə, ABŞ prezidenti Donald Trump “ABŞ-ın mövcudluğu ilə bağlı köhnə şübhələri dağıtmağa nail olub və tamamilə fərqli mənzərə formalaşdırıb”.

Serbiya prezidenti əlavə edib ki, Tramp Belqrada səfər etmək qərarı versə, onu “1970-ci ildə prezident Riçard Nixonun səfərindən bəri görünməmiş şəkildə” təmtəraqla qarşılayacaqlar.

Məqaləsinin sonunda Vuçiç Serbiyanı “Avropanın ən dinamik inkişaf edən iqtisadiyyatlarından biri” adlandırıb və investorları ölkəyə sərmayə qoymağa çağırıb.

Hazırda Aİ-yə namizəd statusu olan ölkələr sırasında Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro yer alır.

Brüssel Belqrada təzyiq göstərərək tanınmamış Kosovoya da namizəd statusunun verilməsinə razılıq əldə etməyə çalışır. Bu isə faktiki olaraq bölgənin müstəqilliyinin rəsmi tanınması kimi qiymətləndirilir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
icma.az

1Mənbələr