Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində "Qurd Əfsanəsi" adlı mono tamaşa təqdim olunub. Tamaşa musiqi, ritm, hərəkət və kukla elementlərinin vəhdəti ilə seçilərək tamaşaçılara fərqli səhnə atmosferi bəxş edib.
Ssenari müəllifi Xaqani Əliyevə məxsus, rejissoru Namiq Ağayev olan "Qurd Əfsanəsi" əsərinin baş qəhrəmanı aktyor Vüsal Rzasoy tərəfindən canlandırılıb. Səhnə boyu musiqi və kukla elementlərinin sintezi tamaşanın mistik və fəlsəfi atmosferini daha da gücləndirib.
"Qurd Əfsanəsi" tamaşaçılar tərəfindən maraqla qarşılanaraq qədim mifoloji motivlərin səhnə dili ilə təqdim olunduğu fərqli mono tamaşa kimi yadda qalıb.İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.