AZ

Tramp: Polşaya əlavə 5 min hərbçi göndəririk

Tramp: Polşaya əlavə 5 min hərbçi göndəririk

ABŞ Prezidenti Donald Tramp Polşa Prezidenti Karol Navrotski ilə olan yaxşı münasibətlərini nəzərə alaraq, bu ölkəyə əlavə 5 min hərbçi göndərmək qərarına gəldiyini bildirib.

AFN.az xəbər verir ki, ABŞ Prezidenti Tramp Polşaya əlavə hərbi qüvvə ilə bağlı açıqlamasını "Truth Social" hesabında paylaşıb.

Tramp Polşada özünün də dəstək verdiyi Prezident Navrotski ilə yaxşı münasibətlərinin olduğunu vurğulayaraq, sözügedən əlaqələr çərçivəsində bu ölkəyə əlavə 5 min hərbçi göndərəcəklərini bəyan edib.

ABŞ Prezidenti Tramp daha əvvəlki açıqlamalarında Polşa və Almaniyadakı Amerika hərbçilərinin sayını azaltmağı düşündüyünü ifadə etmişdi.

Mövzu ilə bağlı ötən gün açıqlama verən ABŞ Vitse-prezidenti Cey Di Vens isə Polşadakı ABŞ hərbçilərinin sayını azaltmadıqlarını, yalnız hərbi kontingentin yerdəyişməsini təxirə saldıqlarını qeyd edərək, burada bütün Amerika hərbçilərini Avropadan çıxarmaqdan söhbət getmədiyini, Amerikanın təhlükəsizliyini maksimum dərəcədə təmin edəcək şəkildə bəzi resursların yenidən bölüşdürülməsindən danışdıqlarını bildirmişdi.

Seçilən
11
afn.az

1Mənbələr