AZ

BMT nümayəndəsi: WUF13 qlobal mənzil böhranının həlli üçün daha sürətli və effektiv addımların atılmasına kömək edəcək

Bakı, 22 may, AZƏRTAC

Sessiya çox yüksək səviyyədə təşkil olundu. Azərbaycan ev sahibliyi üçün böyük iş görüb. Biz qlobal şəhərsalma ictimaiyyətinin üzvləri olaraq buna görə minnətdarıq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıdakı BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən BMT-nin İnsan Məskənləri Proqramının nümayəndəsi Cuma Assiaqo deyib.

O, WUF13-dən gözləntilərini bölüşüb: “Gözləntim budur ki, bu forum qlobal mənzil böhranının həlli üçün daha sürətli və effektiv addımların atılmasına kömək edəcək. İnanıram ki, bu istiqamətdə nəticələr əldə olunacaq”.

Müxbir - Aynur Əlixanlı, Cavid Əliyev

Seçilən
12
azertag.az

1Mənbələr