AZ

Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək ŞƏRH

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

Hasan Oktay: “Moskva İrəvana açıq ultimatum verir - seçim etməlidir”

Ermənistanla Rusiya arasında münasibətlər daha soyumağa doğru gedir. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Ermənistanın gələcək xarici siyasət kursu kontekstində suallar yaranıb.

Diplomatın sözlərinə görə, Moskva vəziyyəti siyasi bəyanatlarla yox, İrəvanın Avropa İttifaqına (Aİ) yaxınlaşması fonunda Avrasiya İqtisadi Birliyindən (AİB) uzaqlaşması ilə qiymətləndirir.

Zaxarova Rusiyanın dəfələrlə AİB-ə üzvlük və Aİ-yə inteqrasiyanın dərinləşməsi arasındakı ziddiyyətlər barədə də xəbərdarlıq edib. 

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a açıqlamasında qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarovanın bu açıqlaması, Moskvanın Ermənistana qarşı səbrinin tükənməyə başladığını göstərir: 

"Rusiya münasibətləri artıq yalnız diplomatik ritorika üzərindən deyil, konkret iqtisadi və institusional yol ayrımları üzərindən oxuyacağını açıq şəkildə göstərir. Bu açıqlamanı və Moskva-İrəvan-Brüssel üçbucağındakı geosiyasi gərginliyi bir neçə aspektdən oxumaq olar. 

Birincisi “Ya o, ya bu” yanaşmasıdır. Zaxarovanın “iki inteqrasiya blokunun mexanizmlərini birləşdirməyin mümkünsüz olduğu” istiqamətindəki vurğusu, Rusiyanın ənənəvi postsovet coğrafiyası siyasətinin əksidir.

Burada qanunvericilik ziddiyyəti də var. Avrasiya İqtisadi Birliyi (AİB) ortaq gömrük tariflərinə, standartlara və ticarət hüququ qaydalarına malikdir. Avropa Birliyi (AB) ilə dərin inteqrasiya və qanunvericilik uyğunlaşması (Dərin və Hərtərəfli Azad Ticarət Sazişi- DCFTA kimi proseslər), texniki və hüquqi baxımdan AİB qaydaları ilə birbaşa ziddiyyət təşkil edir.

Moskva, Baş nazir Nikol Paşinyanın həm AİB-in təqdim etdiyi iqtisadi üstünlüklərdən (ucuz enerji, geniş bazar, gömrük asanlıqları) yararlanıb, həm də təhlükəsizlik və siyasi kursu Qərbə (AB və NATO-ya) yönəltmə siyasətini artıq qəbul etməyəcəyini elan edir".

Analitikin sözlərinə görə Moskvanın addımları siyasi ritorikadan iqtisadi realizmə keçiddir:

"Ermənistan rəhbərliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) toplantılarını boykot edərək və ya Rusiya sülhməramlılarını tənqid edərək siyasi/hərbi sahədə Rusiya ilə arasına məsafə qoyurdu. Ancaq iqtisadi baxımdan AİB üzvlüyü Ermənistan üçün həyati əhəmiyyətini qoruyur.

Rusiya, İrəvanın bu “siyasi ritorikasını” müəyyən həddə qədər dözümlü edə biləcəyini, lakin məsələ AİB-dən institusional qopmaq və ya AB standartlarının qəbuluna gəldikdə bunun rasional qırmızı xətt olduğunu bildirir.

Moskva, Ermənistanın Qərblə yaxınlaşmasının Ermənistan iqtisadiyyatına (kənd təsərrüfatı ixracı, təbii qaz asılılığı, əmək miqrantlarının göndərdiyi vəsaitlər) çox ağır bir bədəl çıxara biləcəyinə işarə edir". 

Ekspert zamanlama və geosiyasi fonun da burada əsas rol daşıdığını söyləyib:

"Bu tip açıqlamaların artması, Ermənistanın AB ilə imzaladığı və ya müzakirə etdiyi yeni tərəfdaşlıq sazişləri, AB-nin mülki müşahidə missiyasının Ermənistan-Azərbaycan sərhədindəki mövcudluğunu genişləndirməsi və İrəvanın Qərbdən aldığı təhlükəsizlik təminatlarını artırmaq cəhdləri ilə birbaşa əlaqəlidir.

Rusiya Ermənistanın xarici siyasət kursundakı bu “müəyyənsizliyi” təhlükəsizlik təhdidi və institusional sədaqətsizlik kimi görür. Zaxarovanın açıqlaması, İrəvana yönəldilmiş açıq bir “strateji və iqtisadi seçimini et, iki tərəfli oyunun sonuna gəlinib” ultimatumu xarakteri daşıyır".

Müsahibimiz sülhün indiki dövrdə çox vacib olduğunu vurğulayıb:

"Bu atmosferdə Azərbaycan-Türkiyə-Ermənistan üçtərəfli sülhünün reallaşması ilə Cənubi Qafqaza sabitlik gətirmək lazımdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
sherg.az

1Mənbələr