AZ

Konqoda Ebola tüğyan edir: Ölənlərin və yoluxanların sayı kəskin artdı

Konqo Demokratik Respublikasında (KDR) 750-yə yaxın şəxsin Ebola virusuna yoluxduğu ehtimal edilir.

Moderator.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus sosial şəbəkə hesabında açıqlama verib.

"İndiyə qədər olan məlumata görə, təxminən 750 şübhəli yoluxma faktı və bu virusdan baş verdiyi ehtimal olunan 177 ölüm halı mövcuddur", - deyə ÜST rəhbəri bildirib.

Təşkilat rəhbəri bildirib ki, indiyə qədər rəsmi şəkildə 82 xəstəlik halı və virus mənşəli 7 ölüm faktı öz təsdiqini tapıb. "ÜST mövcud vəziyyəti diqqətdə saxlayır və infeksiyanın genişlənməsinin qarşısını almaq məqsədilə KDR hökuməti ilə birgə fəaliyyət göstərir", - deyə Qebreyesus məlumat verib.

Seçilən
35
1
moderator.az

2Mənbələr