Birləşmiş Millətlər Təşkilatının (BMT) növbəti Ümumdünya Şəhərsalma Forumuna (WUF) sədrliyi Azərbaycandan Meksikaya təhvil verilib. 1news.az xəbər verir ki, sədrliyin Azərbaycandan Meksikaya ötürülməsi bu gün Bakıda WUF13-ün rəsmi bağlanış mərasimi çərçivəsində baş tutub. Beləliklə, Ümumdünya Şəhərsalma Forumunun 14-cü sessiyası (WUF14) 2028-ci ildə Meksikanın paytaxtı Mexiko şəhərində keçiriləcək. Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) başa çatıb.