AZ

Moskva İrəvanı HƏDƏLƏDİ - Nəticələri ağır ola bilər

Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistan baş naziri Nikol Paşinyanın Qazaxıstanda keçirilən Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak etməmək qərarının İrəvanın prioritetləri ilə bağlı "müəyyən bir siqnal" olduğunu bildirib.

Musavat.com xəbər verir ki, rusiyalı rəsminin sözlərinə görə, Rusiya Ermənistanın Aİİ-dən çıxmasına çalışmır və Ermənistan rəhbərliyi də belə bir niyyətinin olmadığını bəyan edir.

"Bilirsiniz, vəziyyət çox qəribə və qeyri-adidir. Çünki heç kim Ermənistanın Aİİ-dən çıxmasını istəmir, Ermənistan rəhbərləri də təşkilatdan çıxmaq istəmədiklərini deyirlər", - deyə Overçuk "Vesti"yə müsahibəsində bildirib.

Buna baxmayaraq, Overçuk vurğulayıb ki, Moskva Ermənistanın Avropa İttifaqı (Aİ) ilə inteqrasiya kursuna göz yuma bilməz. Onun qiymətləndirməsinə görə, bu qurum artıq Rusiyaya qarşı düşmənçilik nümayiş etdirən hərbi-siyasi blokun xüsusiyyətlərini qazanmaqdadır.

Rusiya baş nazirinin müavini həmçinin xəbərdarlıq edib ki, Ermənistan bir sıra güzəştlərdən məhrum ola, gömrük rüsumları ilə qarşılaşa, eləcə də qaz və elektrik enerjisinin qiymət artımı ilə üzləşə bilər.

"Onlar sadəcə hara aparıldıqlarını başa düşməlidirlər. Aydın məsələdir ki, gömrük rüsumları tətbiq olunacaq, qazın və enerjinin qiyməti dəyişəcək. Yəni, müəyyən güzəştləri itirəcəklər. Bəlkə onlara orada (Qərbdə) nəsə verəcəklər, bəlkə də verməyəcəklər", - deyə Overçuk vurğulayıb.

Musavat.com

Seçilən
54
3
musavat.com

5Mənbələr