AZ

“Elə bildim lətifədir... bura baxın, həpəndlər... Gündəmin müzakirəsi

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

“Xanım deputatın verdiyi müsahibəni oxudum və çox heyifsiləndim. Uşaqlar bizim canımızdır, varımızdır, dövlətimizdir. Uşaqlar sabahın əsgəridir. Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır. Onların yerinə biz yetişdirməliyik, sabahın əsgərini böyütməliyik”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı Milli Məclisinin deputatı Günay Ağamalının uşaqpulu ilə bağlı mübahisəli fikirlərinə cavab olaraq bildirib.

O daha sonra əlavə edib: “Heç dövlət nümayəndəsi, dövlət qulluqçusu belə bir söz deyərmi?! Belə bir ifadə işlədərmi?! Mən başa düşə bilmirəm, bu hansı vicdana sığır?! Bəli, uşaqpulları verilməlidir və veriləcək də! Sadəcə, az, çox az səbir etmək lazımdır ki, müəyyən işlər toparlansın və həllini tapsın. Necə yəni uşaqpulu versəniz, onun atası işləməyəcək?! Arxayın olacaq ki, uşaqpulu alır. Bu nə absurd fikirlərdir?! Mən elə bildim ki, lətifə oxuyuram. Həqiqətən də müsahibəni oxuyanda belə zənn etdim ki, mırt vuran bir adamdır, kiminləsə zarafat edir. 

REAL TV-nin rəhbəri, tanınmış jurnalist Mir Şahin Ağayev isə bildirib ki, sosial şəbəkələrdə bir bölük, bir ovuc "həpənd" uşaqpulu məsələsini və qadının ailə başçısı tək bəzi təbii səlahiyyətlərini dartışır: "Tərbiyəsiz və həyasız şəkildə. Ən bəsit, populist, plintusaşırı səviyyədə. Söyüş və təhqirin, təhdid və təzyiqin müşayiəti ilə. Axı rəqəmsal platformaları bizə durmadan azad söz piştaxtası, fikir sərbəstliyi meydanı tək təqdim ediblər. Onda niyə Kamal Abdullanın - nəhəng Azərbaycan mütəfəkkirinin sözünün hülqumuna ayaq basırlar? Niyə Günay Ağamalının - ananın, qadının, millət vəkilinin səsini boğmağa, dediyinə peşiman etməyə çalışırlar? Üzümü şəbəkə naqqallarına tuturam: Bura baxın, həpəndlər, əgər uşaqpulu sizə özünüzəbənzər güruh tikələri törətmək, Günay Ağamalının - Qadının, Ananın üzünə ağ olmağa qadir “canlılar” doğurmaq üçün lazımdırsa, ya aptekə gedin, ya da nisyə dəftərinə doğub-törəyin! Yaxud o pula törədəcəyiniz uşaqlar böyüyüb Kamal Abdullanı linç etməyə cumacaqsa, yaratmayın o zavallı potensial qaragüruhçu nəsli… Qoy uşaqlar sevgidən doğulsunlar, maliyyə sənədlərindən yox. Az olsunlar, amma sevgi balaları olsunlar! Doğub, törəyib, sonra da “Pulumu verin!” deyə qışqırmayın. “Bəxtiyar” olmayacaqsınız!”

Xatırladaq ki, deputat Günay Ağamalı “Günə doğru” verilişində bildirib: "Uşaqpulu məsələsi gündəliyə gələrsə və tətbiq olunarsa, bəs düşünmüsünüzmü ki, bu, valideynlərdə müəyyən asılılıq və ya tənbəllik yarada bilər? Yəni insanlar fikirləşə bilərlər ki, dövlət mənə uşaqpulu verir, mən artıq işləməyim. Bu, doğru yanaşma deyil. İnsanları əməyə alışdırmaq lazımdır, onları nələrdənsə asılı vəziyyətə salacaq imkanlar yaradılmamalıdır".

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla isə söyləyib ki, qadını evdə saxlayıb uşaqlarına baxmağa yönəltsək, daha çox xeyir gətirər.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
azpolitika.info

1Mənbələr