AZ

Uzun boylu insanlar daha çox qazanır?

Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Uzun boylu insanların əmək bazarında daha yüksək gəlir əldə etdiyi müəyyən edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “The Economic Record” jurnalında dərc olunan araşdırmada qeyd edilib.

Araşdırma Avstraliyada aparılan HILDA sorğusunun məlumatlarına əsaslanıb. Alimlər əvvəlcə artıq çəkili insanların gəlir səviyyəsini araşdırmaq istəyiblər, lakin nəticələr başqa maraqlı məqamları üzə çıxarıb.

Belə ki, artıq çəki ilə maaş arasında əlaqə aşkar edilməməsinə baxmayaraq, boyun maaş üzərində mühüm rol oynadığı müəyyən edilib.

Nəticələrə görə, uzun boylu insanlar, xüsusilə kişilər, qısa boylu həmkarlarına nisbətən daha yüksək maaş alır.

Araşdırmanın müəlliflərindən biri bildirib ki, əmək bazarında insanın fiziki görünüşü, xüsusilə boy, müəyyən qədər təsirə malikdir. Onun sözlərinə görə, orta hesabla 178 santimetr boyu olan bir kişi 5 santimetr daha uzun olarsa, illik gəliri təxminən 950 dollar arta bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
yeniavaz.com

1Mənbələr