AZ

Milli Məclis deputatı: “Azərbaycan növbəti tarixi uğura imza atdı”

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

World Urban Forum 13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq şəhərsalma və dayanıqlı inkişaf gündəmində artan rolunu bir daha təsdiqlədi. Bu qədər genişmiqyaslı forum ölkəmizə on minlərlə iştirakçının gəlməsi ilə Azərbaycanın qlobal platformalarda etibarlı təşkilatçı imicini gücləndirdi. Tədbir zamanı Azərbaycan şəhərsalma siyasəti, bərpa və inkişaf layihələri beynəlxalq ictimaiyyətə birbaşa təqdim olunaraq ölkənin təcrübəsi nümayiş etdirildi. Ümumilikdə forum Azərbaycanın diplomatik nüfuzunun yüksəlməsinə və qlobal tərəfdaşlıqların genişlənməsinə mühüm töhfə verdi.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan növbəti dəfə mötəbər və irimiqyaslı beynəlxalq tədbirə ev sahibliyi etməklə mühüm tarixi nailiyyətə imza atıb. Bu tədbir ölkəmizin davamlı olaraq qlobal səviyyəli forumlara, sammitlərə və geniş iştirakçı kütləsi olan toplantılara uğurla ev sahibliyi etdiyini bir daha nümayiş etdirir. Tədbir çərçivəsində çox vacib məsələlər ətrafında geniş müzakirələr aparılıb və yekunlaşma mərhələsinə keçid edilib.

“40 mindən çox iştirakçının qatıldığı bu tədbir öz miqyasına görə xaricdə keçirilən ən geniş sessiyalardan biri kimi qiymətləndirilir. Bu qədər böyük beynəlxalq auditoriyanın Azərbaycana gəlməsi ölkəmizin artan nüfuzunun və etibarlı tərəfdaş imicinin göstəricisidir”-deyən deputat bildirib ki, tədbirin ən mühüm nəticələrindən biri də ondan ibarətdir ki, ölkəyə gələn qonaqlar Azərbaycanın inkişafını, həyata keçirilən genişmiqyaslı islahatları və əldə olunan uğurları yaxından müşahidə etmək imkanı qazandılar. Bu da Azərbaycanın həqiqətlərinin beynəlxalq ictimaiyyətə birbaşa çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Deputat hesab edir ki, bu tədbir Azərbaycanın növbəti tarixi uğuru və beynəlxalq arenada artan rolunun göstəricisi kimi qiymətləndirilir. O, həm ölkənin həyata keçirdiyi siyasətin uğurunu, həm də Azərbaycanın qlobal səviyyədə etibarlı və nüfuzlu dövlət kimi mövqeyini bir daha təsdiqləyir.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
bizimyol.info

1Mənbələr