ain.az, Bizimyol portalına istinadən məlumat verir.
“Foster and Partners” şirkətinin baş ekoloji qrup koordinatoru Anastasiya Gioppe Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) yüksək səviyyədə təşkil olunduğunu bildirib.
O, forum çərçivəsində ilk dəfə stend fəaliyyətində iştirak etdiyini deyərək təcrübəsindən məmnun qaldığını vurğulayıb:
“Bu, mənim stend fəaliyyətində ilk iştirak təcrübəmdir. Müqayisə edəcək çox təcrübəm olmasa da, indiyə qədər hər şey möhtəşəmdir. Təşkilatçılığı çox bəyənirəm. Urban Expo çox uğurlu alınıb”.
Anastasiya Gioppe forumun Bakıda keçirilməsini xüsusi vurğulayaraq şəhərlə bağlı xoş təəssüratlarını bölüşüb:
“Bakı əla şəhərdir. Buraya ikinci dəfədir gəlirəm və şəhəri çox sevirəm. İnsanlar çox mehribandır, yeməklər möhtəşəmdir. Şəhər isə heyranedici görünür”.
O, forumun nəticələri ilə bağlı danışarkən bildirib ki, WUF13 konkret nəticələrdən daha çox gələcək əməkdaşlıqlar və müzakirələr üçün platforma rolunu oynayır:
“Düşünürəm ki, burada yaranan dialoqlar gələcəkdə də davam edəcək. Forum bir çox vacib söhbətlər üçün platforma yaradıb və əminəm ki, bundan yaxşı nəticələr ortaya çıxacaq”.
Qeyd edək ki, Anastasiya Gioppe Londonda yaşayır və “Foster and Partners” şirkətində baş ekoloji qrup koordinatoru vəzifəsində çalışır.
Leyla Mirzə, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.