ain.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün məşhur fransız yazıçı Viktor Hüqonun anım günüdür.
Kulis.az onun aforizmlərini təqdim edir.
Ailəni dağıtmağa çalışan hər hansı ictimai quruluş yararsızdır. Ailə – hər bir cəmiyyətin büllurudur.Almazı yerin dərinliyində axtardığımız kimi, həqiqəti də düşüncələrimizin dərinliyində axtarmalıyıq.Aristokratlar qadınların təhqir bildiyi bir şey — qocalıqla fəxr edir. Onların hər ikisi cavan qalmaq illüziyasını yaşayır.Bağışlamaq və unutmaq yaxşı insanların intiqamıdır.
Bekarçılıq — uşaqların xoşbəxtliyi və qocaların bədbəxtliyidir.Bəlkə də yalançı dostlarına bir təşəkkür borclusan; sənə gerçək dostlarının dəyərini xatırlatdıqları üçün.Bir gün mən küçədə kasıb sevən gördüm. Onun üzərində köhnə papaq və dirsəkləri yeyilmiş palto vardı, lakin onun qəlbində ulduzlar parıldayırdı.Bir sevgilisi olan qadın mələkdir, iki sevgilisi olan qadın canavardir, üç sevgilisi olan qadın doğrudan da əsl qadındır.Biz qışqıraraq dünyaya gəlirik, inilti ilə ölürük. Yaşamaq üçün geriyə gülmək qalır.Çəkicdən başqa heç nəyi olmayanın gözləri hər yerdə ancaq mismar görər.Dünyada ən böyük xoşbəxtlik, əmin olmaqdır ki, sizi sevirlər, sizin özünüzə görə sevirlər, daha dəqiq desək, sizə rəğmən sevirlər.Dünyada ən böyük səadət sevildiyindən əmin olmağındır.Eşq iki ikən bir olmaq deməkdir.Eşq uğrunda həyatımı verərəm, hürriyyət uğrunda isə eşqimi də fəda edərəm.Əfv insanlıq dilinin ən şirin kəlməsidir."Getmə" deyə biləcək qədər güclü olmalıdır insan həyatda. Çünki heç kim, itirdiklərini unuda biləcək qədər güclü deyil əslində.Gözəl qadın heç vaxt ağıllı qadının əldə etdiyini əldə edə bilməz.Həqiqi sevgi səhər şəfəqi kimi işıqlı, qəbir kimi laldır.Həmişə bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən başqa demək olar ki, heç nə yoxdur.Hər açılan məktəb bir həbsxananın bağlanması deməkdir.Hər hansı birinin səndən nifrət etməsinin əsl səbəbi; sənin kimi olmaq istədiyi halda əsla sənin kimi ola bilməyəcəyini bilməsidir.Hər kəs ölər, amma hər kəs həqiqətən yaşamaz.Xoşbəxtliyə malik olmaq azdır, xoşbəxtliyə layiq olmaq lazımdır.İdeya — söz meşəsində nadir ovçudur.İlk sevgi və son sevgi arasındakı fərq; insanın ilk sevgisini son sevgisi sanması, son sevgisini isə ilk sevgisi gözüylə görməsidir…İnsan bədəni xarici görünüşdən başqa bir şey deyil və reallığımızı gizlədir. Reallıq ruhdur.İnsanlarda güc deyil, iradə çatışmır.Kitablar soyuq, amma etibarlı dostlardır.Qadın müharibə üçün bəhanə, cinayət üçün səbəbdir.Qadınlar bir çox şeyi bağışlayarlar, ancaq bağışladıqları şeyləri heç vaxt unutmazlar.Qadınlar zəifdir, amma analar güclüdür.
Məni məhv edən şey; mənə yalan danışmış olmağın deyil, sənə bir daha inanmayacaq olmağımdır.
Ot olub yeyilməkdənsə, diş olub yemək yaxşıdır.
Öldükdən sonra yaşamaq istəyirsinizsə, ya oxumaya dəyər şeylər yazın, ya da yazmaga dəyər bir həyat yaşayın.
Tale heç vaxt bir qapını açmadan digərini bağlamaz.
Vicdan — bizdə fitrən mövcud olan biliklərin məcmusudur.
Yerini vaxtında tərk etməyi bilmək, gerçək yetkinlikdir.
Zamanı çatan bir fikrin gücünə heç bir ordu tab gətirə bilməz.
Sevgi şərhi - Fərhad Amurun hekayəsi
Rusiya dövlət televiziyasında Azərbaycan xəritəsi təhrif edildi
Dünyaca məşhur qrupdan tarixi rekord
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.