AZ

WUF13 də mənzil siyasəti və urbanizasiya ilə bağlı elmi layihə təqdim olunub

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 22 may, AZƏRTAC

Bakıda keçirilən WUF13 çərçivəsində urbanizasiya, şəhərsalma və dayanıqlı nəqliyyat sahələrində innovativ yanaşmalar müzakirə olunur. WUF13 çərçivəsində keçirilən “Urban Expo” sərgisində Azərbaycan Texniki Universitetinin doktorantı və baş müəllimi Pərvin Hacıyeva “Dövlətin mənzil siyasətində şəhərsalma və urbanizasiyanın rolu” adlı elmi-tədqiqat işini təqdim edib.

Pərvin Hacıyevanın AZƏRTAC-a verdiyi məlumata görə, layihə davamlı şəhər inkişafı, mənzil siyasəti və gələcəyin inklüziv şəhərləri istiqamətində aparılan tədqiqatları əhatə edir. Araşdırmada şəhər planlaşdırması və urbanizasiyanın dövlətin mənzil siyasətinin formalaşdırılmasındakı rolu, həmçinin strateji planlaşdırmanın, sosial mənzilin və davamlı şəhər artımının əhəmiyyəti xüsusi vurğulanır.

Tədqiqatın mühüm istiqamətlərindən biri də Azərbaycanda şəhərətrafı yaşayış zonalarında yaşıl tikintinin əhəmiyyətinin araşdırılmasıdır. Araşdırma ekoloji cəhətdən təmiz tikinti təcrübələrinin, enerjiyə qənaət edən binaların və davamlı şəhərətrafı inkişaf modellərinin ətraf mühitə təsirin azaldılması ilə yanaşı, insanların həyat keyfiyyətinin yüksəldilməsinə necə töhfə verdiyini göstərir. Bununla yanaşı, yaşıl tikinti konsepsiyaları, onların enerji səmərəliliyinə, ekoloji dizayna və iqlimə uyğun memarlığa təsiri, eləcə də mənzilin iqtisadi və sosial əhəmiyyəti də tədqiq olunub. Araşdırmaların əsas məqsədi gələcək nəsillər üçün daha davamlı, inklüziv və yaşanılası şəhər mühitlərinin formalaşdırılmasına töhfə verməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
azertag.az

2Mənbələr