"Kalyari" "Beşiktaş"dan icarəyə götürdüyü Semih Kılıçsoyla bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi türkiyəli forvardın transfer hüquqlarına yiyələnməyəcək.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İddialara görə, klub Semih üçün 12 milyon avroluq satınalma bəndini işə salmaq niyyətində deyil. 20 yaşlı hücumçunun özü də icarə müddəti bitdikdən sonra "qara qartallar"a geri qayıtmaq istəyir.
Qeyd edək ki, "Kalyari" Semih Kılıçsoyu mövsümün əvvəlində icarəyə götürüb. Türkiyə millisinin üzvü "qırmızı-mavilər"in heyətində meydana çıxdığı 25 rəsmi matçda 4 qolla yadda qalıb.
DÇ-2026: İngiltərə millisinin heyəti açıqlandı
38 yaşlı futbolçu "Latsio"dan ayrılacaq - RƏSMİ
DÇ-2026: CAR millisinin heyəti bəlli oldu
Dursun Özbek İkardi sualına əsəbiləşdi: “Buna heç kimin haqqı çatmır”
Xulian Alvarez “Barselona”nı seçdi: Katalonlar hərəkətə keçir