AZ

İran ABŞ sülh müqaviləsi NƏLƏR VAR?

ain.az bildirir, Cebheinfo portalına istinadən.

İran və ABŞ arasında sülh müqaviləsi layihəsində ABŞ sanksiyalarının ləğvi nəzərdə tutulur.

“Cebheinfo.az” bu barədə "Al Hadath TV" –yə istinadən xəbər verir.

Televiziya kanalının məlumatına görə, müqaviləyə əsasən, Vaşinqton İranın müqavilənin bütün şərtlərinə ciddi şəkildə əməl etməsi müqabilində sanksiyaları tədricən ləğv etməyə hazırdır.

Müqaviləyə hər iki tərəfin hərbi, mülki və ya iqtisadi infrastruktura hücumları dayandırmaq, eləcə də "bütün cəbhələrdə" hərbi əməliyyatları dayandırmaq öhdəlikləri daxildir.

Bundan əlavə, potensial müqavilənin bir hissəsi olaraq, Vaşinqton və Tehran gələcək münaqişələrin həlli üçün birgə mexanizm yaratmaq niyyətindədirlər.

Xatırladaq ki, 21 mayda ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin "tezliklə, çox tezliklə bitəcəyini" bildirmişdi.

O, Vaşinqtonun Tehranın Hörmüz boğazında gəmiçilik üçün haqq almasına qarşı çıxdığını vurğulayıb və əlavə edib ki, ABŞ İran uranın utilizasiyası üçün çıxarılmasını istəyir.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr