AZ

Türk dünyasının “Gül dəftəri” vərəqləndi FOTO

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

VI Türk Dünyası ədəbiyyat və kitab festivalı çərçivəsində “Gül dəftəri” adlı ədəbi məclisdə görkəmli şairələr Mədinə Gülgün və Türkiyəli şair Nigar Binti Osmanın əziz xatirəsi ehtiramla yad edildi.Bizim.Media xəbər verir ki, tədbirin moderatoru Narıngül Nadir çıxış edərək onların Azərbaycan ədəbiyyatındakı xidmətlərindən danışdı.

 

MÖVZU İLƏ BAĞLI:Şair İmran Güllübulaqlının kitabları təqdim olundu - FOTO

Daha sonra Rəsmiyyə Sabir, Məhsəti Musa, Banu Mühərrəm və Nigar Arif çıxış edərək şairələrin yaradıcılığı haqqında fikirlərini bölüşdülər. Tədbir boyunca müxtəlif mövzularda şeirlər səsləndirildi, iştirakçılar duyğulu və yaddaqalan anlar yaşadılar. Axşam poeziya sevərlər üçün unudulmaz ədəbi görüş kimi yadda qaldı.

Şəfiqə Şəfa, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
bizim.media

2Mənbələr