AZ

Tanınmış futbolçu Real Madriddən AYRILACAQ

Real Madriddə texniki direktor Álvaro Arbeloa bu mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, son matçlarını Athletic Bilbaoya qarşı Bernabéu stadionunda keçirəcəklərini və fanatlara qələbə ilə vidalaşmaq istədiyini bildirib.

Arbeloa, Jose Mourinhonun gəlməsi halında texniki heyətdə olmayacağını qeyd edib: "Mourinho gəlirsə, öz heyəti ilə gələcək. Mənim onun heyətində yer alma ehtimalım yoxdur."

İspan mütəxəssis həmçinin klub və oyunçulara təşəkkür edib: "Real Madrid mənim evimdir. 8 il boyunca çox dost qazandım və onlara minnətdaram. Ümid edirəm, bir gün geri dönə bilərəm."

Seçilən
5
day.az

1Mənbələr