AZ

İran bu ölkəyə 3300 raket və PUA zərbəsi endirib

ABŞ-İsrail-İran müharibəsi zamanı  İran Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) təxminən 3300 raket və PUA atıb.

Ölkə.az xəbər verir ki, bunu BƏƏ prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş deyib.
"İranın hücumu bizim ən pis ssenarimiz idi, amma düşünürəm ki, biz bunun öhdəsindən çox yaxşı gəldik. Biz kifayət qədər möhkəm, çoxqatlı hava hücumundan müdafiə sistemi qurmuşuq. Müharibənin 40 günü və ondan sonrakı müddətdə BƏƏ-ni hədəf alan İranın raket və dronlarının ümumi sayı təxminən 3300-dür", - Qarqaş deyib.

Qarqaşın sözlərinə görə, bu raket və dronların yalnız təxminən 4%-i BƏƏ-dəki hədəflərinə çatıb.

İranda rejim dəyişikliyinə gəldikdə BƏƏ Prezidentinin müşaviri Ənvər Qarqaş hesab edir ki, İranın siyasi sisteminin gələcəyi ölkədəki insanlardan asılıdır. O əlavə edib ki, BƏƏ İran xalqının seçiminə "hörmət etməlidir".

Mürtəza

Seçilən
16
1
olke.az

2Mənbələr