"Bayern Münhen"in qapıçısı Manuel Noyer Almaniya Kubokunun finalında "Ştutqart"a qarşı keçirəcəkləri oyunda iştirak etməyəcək.
Fanat.Az xəbər verir ki, 40 yaşlı qolkiperin adı matçın iştirak ərizəsinə salınmayıb.
Həlledici qarşılaşma mayın 23-də baş tutacaq. Oyunun start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək.
Noyer Bundesliqanın 34-cü turunda "Köln"ə qalib gəldikləri görüşün (5:1) 60-cı dəqiqəsində əvəzlənib. Təcrübəli "çərçivə" qoruyucusu Almaniya millisinin sıralarında gələn ay başlayacaq dünya çempionatına yollanacaq.
Toğrul