AZ

Pep Qvardiola mövsümün sonunda “Mançester Siti”dən AYRILACAQ

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola mövsümün sonunda klubdan ayrılacaq.

Bizim.Media "CNN" agentliyinə istinadla xəbər verir ki, Qvardiola klubdakı fəaliyyətini “emosional və uğurlu bir səyahət” kimi dəyərləndirərək, gedişinin konkret səbəbinin olmadığını, sadəcə bunun “vaxtının çatdığını” bildirib.

O, “Mançester Siti”yə sevgisinin və xatirələrinin qalacağını vurğulayıb.

Qeyd edək ki, 2016-cı ildən komandaya rəhbərlik edən ispan mütəxəssis bu müddətdə klubla 6 Premyer Liqa çempionluğu, 1 Çempionlar Liqası və 1 Klublararası Dünya Kuboku da daxil olmaqla 17 böyük titul qazanıb.
 

Klub rəhbərliyi Qvardiolanın futbola verdiyi töhfəni yüksək qiymətləndirib və onun şərəfinə Etihad stadionunda Şimal tribunalardan birinə adının veriləcəyini açıqlayıb.


Məlumata görə, onun yerinə əsas namizəd kimi keçmiş “Çelsi” baş məşqçisi Enzo Mareska göstərilir.

Bizim.Media

Seçilən
5
bizim.media

1Mənbələr