AZ

AK Merzin Ukraynaya Aİ də assosiativ üzvlük verilməsi təklifini müzakirə edəcək

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Avropa Komissiyası (AK) Almaniya kansleri Friedrix Merzin Ukraynaya Avropa İttifaqında (Aİ) “assosiativ üzvlük” statusunun verilməsi ilə bağlı təşəbbüsünü Aİ ölkələri ilə müzakirə edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Avrokomissiyanın nümayəndəsi Guillaume Mercier Brüsseldə keçirdiyi brifinqdə bildirib.

“Biz Almaniya kanslerinin məktubunu oxumuşuq və Aİ ölkələri arasında bu mövzuda aparılan müzakirələri alqışlayırıq”, – deyə Mercier qeyd edib. O vurğulayıb ki, Avrokomissiya Avropa İttifaqının genişlənmə prosesini tam dəstəkləyir.

Mercierin sözlərinə görə, hazırda Aİ-nin genişlənməsi məsələsi Avropanın təhlükəsizliyinin təmin olunması ilə sıx əlaqələndirilir.

Avrokomissiya nümayəndəsi hələlik Merzin təklifinin Aİ-nin əsas hüquqi sənədlərinə uyğun olub-olmaması və ya bunun üçün müqavilələrə dəyişiklik edilməsinin zəruri olub-olmaması barədə şərh verməyib.

“Biz hələ hüquqi müzakirə mərhələsində deyilik, məsələ hazırda siyasi müzakirə səviyyəsindədir”, – deyə o bildirib.

Mercier əlavə edib ki, genişlənmə ilə bağlı hər hansı yeni və innovativ yanaşma “xidmətlərə əsaslanan prinsipə” uyğun olmalı və Aİ-yə üzvlüyə namizəd digər ölkələrin, o cümlədən Qərbi Balkan dövlətlərinin maraqlarına zərər verməməlidir.

Hazırda Avropa İttifaqında “assosiativ üzvlük” anlayışı mövcud deyil.

Qeyd edək ki, Merz Aİ ölkələrinin liderlərinə, eləcə də Avropa Komissiyası və Avropa Şurası rəhbərliyinə məktub göndərərək Ukraynaya xüsusi “assosiativ üzv” statusunun verilməsini təklif edib. Bu status Ukrayna nümayəndələrinə Aİ institutlarının iclaslarında səsvermə hüququ olmadan iştirak imkanı yarada bilər.

Kansler təşəbbüsünü “Aİ üzvlüyünün sadələşdirilmiş forması” kimi deyil, 2014-cü ildə imzalanmış assosiasiya sazişinin genişləndirilməsi kimi təqdim edib. Onun fikrincə, bu addım Ukraynanın Aİ-yə inteqrasiyasını sürətləndirə bilər.

Merz həmçinin Ukraynanın Avropa İttifaqının bütün hərbi strukturlarına inteqrasiyasını və Aİ ölkələrinin qarşılıqlı müdafiə öhdəliyini nəzərdə tutan Aİ Müqaviləsinin 42.7-ci maddəsinin Ukraynaya da şamil edilməsini təklif edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
bizimyol.info

1Mənbələr