AZ

Məşhur rejissordan sərt çıxış: “Tramp da, Putin də, Netanyahu da canavardır”

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dünyaca məşhur ispan rejissor Pedro Almodovar 79-cu Kann Film Festivalında etdiyi sərt siyasi açıqlamalarla gündəmə çevrilib.

Bakupost.az xəbər verir ki, “Fələstinə azadlıq” yazılı nişanla mətbuat konfransına qatılan rejissor İsrailin baş naziri Benyamin Netanyahu, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putini “canavar” adlandırıb.

Almodovar bildirib ki, Avropa beynəlxalq hüququ qorumaq üçün bu siyasətçilərə qarşı “qalxan” rolunu oynamalıdır. Onun sözlərinə görə, Avropa Trampın siyasətinə boyun əyməyəcək və qanunların sərhəd olduğunu göstərməlidir. Məşhur rejissor sənət adamlarının susmasının təhlükəli olduğunu da vurğulayıb. O qeyd edib ki, qorxu və səssizlik demokratiyanın zəiflədiyini göstərir və sənətçilərin cəmiyyət qarşısında danışmaq məsuliyyəti var.

Röya Rizvanzadə, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
www.bakupost.az

1Mənbələr