AZ

Kreml Paşinyana HÜCUMA keçdi: “Onun alçaqlığı və ləyaqətsizliyi...” – müxalifət MEYDANLARA çıxır

İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak edən siyasi qüvvələrin yeni reytinqi açıqlanıb. “Gallup”un Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan bildirib. Əsas siyasi qüvvələr üçün sorğunun nəticələri aşağıdakı kimidir:

Respondentlərin 28,8 faizi hakim “Vətəndaş Müqaviləsi” Partiyasına (Nikol Paşinyan), 14,9 faizi “Güclü Ermənistan” blokuna (Samvel Karapetyan), 12,1 faizi “Ermənistan” blokuna (Robert Köçəryan), 8,7 faizi “Çiçəklənən Ermənistan” Partiyasına (Qaqik Sarukyan) və 5,8 faizi “Birlik Qanadları” Partiyasına səs verəcəyini deyib. 19-21 may tarixlərində keçirilən telefon sorğusunda 1102 nəfər iştirak edib.

Bu arada, Ermənistanda hüquq-mühafizə orqanlarının müxalifət liderlərinə qarşı casusluq və dövlətə xəyanət ittihamları ilə başladığı həbs və axtarış dalğasına cavab olaraq, müxalifət düşərgəsi genişmiqyaslı küçə mübarizəsinə start verəcəyini elan edib. "Güclü Ermənistan" Partiyasının lideri Samvel Karapetyan jurnalistlərə açıqlamasında müxalif qüvvələrin Paşinyan hakimiyyətinə qarşı radikal addımlar atmağa tam hazır olduğunu bildirib. Yeri gəlmişkən, Rusiyadan da Paşinyana təzyiqlər artır. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bəyan edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya qarşı qeyri-dost siyasət yürüdür. Volodin sosial media paylaşımında Paşinyanı təhqir edib. "Ermənistanın Baş naziri Paşinyan ölkəmizin təqdim etdiyi imkanlardan rəzilcəsinə istifadə edərək, Rusiya Federasiyasına qarşı qeyri-dost siyasət aparır", – deyə Volodin yazıb.

O qeyd edib ki, Rusiya Ermənistana qazı "öz ziyanına" olmaqla hər min kubmetr üçün 177,5 dollara satır. Bu isə Avropadakı mövcud qiymətdən (633 dollar) təxminən dörd dəfə ucuzdur. Lakin spikerin sözlərinə görə, Rusiya bunun müqabilində "Paşinyanın alçaqlığı və ləyaqətsizliyi" ilə üzləşir. Duma sədrinin fikrincə, Paşinyanın Avrasiya İqtisadi İttifaqında qalmaq istəyi, Avrasiya məkanından maliyyə məqsədləri üçün istifadəni davam etdirmək cəhdidir. "Hansı ki, məhz bu tərəfdaşlıq sayəsində Ermənistanın Ümumi Daxili Məhsulu 2,5 dəfə artıb". Volodin həmçinin xatırladıb ki, Ermənistan parlamenti ölkənin Avropa İttifaqına daxil olması prosesinin başladılması barədə qanun qəbul edib və bir qədər əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yurisdiksiyasını tanıyaraq onun tamhüquqlu üzvünə çevrilib.

"Siyasi baxımdan Paşinyan tərəfindən bütün qərarlar artıq qəbul edilib – bu qərarlar Rusiya ilə müharibə aparan və ölkəmizə qeyri-dost olan dövlətlərlə münasibətlərin qurulmasının xeyrinədir", – deyə spiker vurğulayıb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi professor Qabil Hüseynli ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Seçilən
24
musavat.com

1Mənbələr