Avropa İttifaqı İrana qarşı yeni sanksiya mexanizmi hazırlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Aİ Şurasının qərarında bildirilib.
Məlumata görə, yeni məhdudiyyətlər Hörmüz boğazında gəmiçilik azadlığına təhlükə yaradan fəaliyyətlərlə əlaqələndirilir.
Aİ Şurasının yaydığı press-relizdə qeyd olunur ki, İranla bağlı əvvəllər Rusiyaya hərbi dəstəyə görə tətbiq edilmiş sanksiyaların əhatə dairəsi genişləndiriləcək.
Yeni sanksiya mexanizmi Yaxın Şərqdə naviqasiya azadlığına təhdid yaradan İran fəaliyyəti ilə əlaqəli fiziki şəxslər və təşkilatlara qarşı yönələcək.
Aİ Şurasının qiymətləndirməsinə görə, İranın Hörmüz boğazındakı addımları beynəlxalq hüquqa ziddir.
Bununla belə, yeni sanksiya rejimi çərçivəsində hələlik konkret tədbirlər tətbiq edilməyib. Bildirilir ki, məhdudiyyətlər daha sonra qüvvəyə minəcək.
Sanksiyalara ənənəvi olaraq Avropa İttifaqına giriş qadağası və aktivlərin dondurulması daxildir.
Musavat.com