AZ

Uşaqlar işləmək hüququ əldə etdikdən sonra onlardan ictimai nəqliyyatda gediş haqqı tələb olunsun:TƏKLİF

ain.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İctimai nəqliyyatda ən çox diqqəti çəkən elan uşaqların gediş haqqı ödəməsi ilə bağlıdır. Diqqətə çatdırılır ki, 5 yaşdan yuxarı uşaqlar gediş haqqı ödəməlidirlər. Başa düşmək olmur ki, uşaqlar 5 yaşa çatanda hansı üstün status əldə edir ki, gediş haqqı da ödəsinlər. Əksinə, bu yaşda uşaqlar məktəbə gedir, xərcləri də dəfələrlə artır". Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən hüquqşünas Alim Hüseynli təklif edir ki, uşaqlar işləmək hüququ əldə etdikdən sonra onlardan ictimai nəqliyyatda gediş haqqı tələb olunsun:"Azərbaycanda uşaqların işləmək hüququ 15 yaşından yaranır. 15-18 yaş arasındakı şəxslərlə əmək müqaviləsi bağlanarkən valideynlərdən (və ya qəyyumdan) birinin yazılı razılığı tələb olunur. Avtobusda gediş haqqı ödəmək vəzifəsi isə 5 yaşından. Qəribə məntiqdir-deyilmi? Olmaz ki, ictimai nəqliyyatda gediş haqqı elə uşaqlar işləmək hüququ əldə etdiyi yaşdan tətbiq olunsun?".Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
newscenter.az

2Mənbələr