AZ

İranlı deputat: Parlament Trampın öldürülməsinə görə mükafatı təsdiqləyir

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

İran parlamentinin Mədəniyyət komitəsinin üzvü bəyan edib ki, qanunvericilər bütün hüquqi prosedurlar tamamlandıqdan sonra "ABŞ Prezidenti Donald Trampa qarşı din xadimlərinin fətvasını icra edən" hər kəsə mükafat təklif edilməsi barədə təklifi təsdiqləyəcəklər.

"AzPolitika"nın məlumatına görə, Həsənəli Əxləqi-Amiri "Didban Iran" nəşrinə bildirib ki, bu təklif parlament tərəfindən "mütləq" qəbul olunacaq.

Deputat bu bəyanatları təhlükəsizlik mülahizələrinə görə parlamentin öz iclaslarını onlayn rejimdə davam etdirmək məcburiyyətində qaldığı bir vaxtda səsləndirib.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
azpolitika.info

1Mənbələr