Olay.az saytına istinadən ain.az xəbər verir.
“Space” TV-nin yeni baş direktoru Ayaz Mustafayev Vado Korovinin dövründən qalan borcları bağlayıb.OLAY Manset.az-a istinadən yazır ki, artıq iki aydan çox müddətdir ki, “Space” TV-nin əməkdaşları öz əməkhaqlarını ala bilmirdilər. Yeni rəhbərlik təyin olunandan sonra çoxsaylı müraciətlər nəzərə alınaraq onların iki aydan artıq yığılıb qalan əməkhaqları öz hesablarına köçürülüb. Bununla da telekanalın heç bir işçiyə borcu qalmayıb. Qeyd edək ki, bir müddət əvvəl “Space” TV-nin əvvəlki baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılıb. A.Mustafayev sözügedən telekanalın yeni baş direktor vəzifəsinə təyin olunub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.