AZ

Aİ İrana qarşı sanksiyaları genişləndirdi

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Avropa İttifaqı İrana qarşı sanksiyalar çərçivəsini genişləndirib.

Redaktor.az xəbər verir ki, bu barədə Aİ Şurasının yaydığı mətbuat açıqlamasında bildirilib.

Məlumata görə, yeni qərara əsasən, Hörmüz boğazı da daxil olmaqla Yaxın Şərqdə naviqasiya azadlığını təhdid edən hərəkətlərdə iştirak edən şəxslər və qurumlar da sanksiya siyahısına daxil ediləcək.

Şuranın açıqlamasında qeyd olunub ki, dəyişdirilmiş sanksiya mexanizmi İranın regionda dəniz nəqliyyatına təhlükə yaradan siyasət və fəaliyyətlərinə qarşı yönəlib.

Bildirilir ki, qərar Aİ xarici işlər nazirlərinin aprel ayında əldə etdiyi siyasi razılaşmadan sonra qəbul olunub.

Yeni çərçivə qanuni dəniz tranzitinə mane olmaqda ittiham edilən şəxslərə qarşı səyahət qadağaları və aktivlərin dondurulması kimi tədbirlərin tətbiqinə imkan verir.

Aİ Şurası vurğulayıb ki, İranın Hörmüz boğazından keçən gəmilərlə bağlı fəaliyyəti beynəlxalq hüququ və tranzit keçid hüquqlarını poza bilər.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
1
redaktor.az

2Mənbələr