AZ

“Bakı WUF13- də mənzil məsələsini qlobal şəhər gündəliyinin mərkəzinə çıxardı” -

Forumun uğurunun arxasında iştirakçıların birlik və əməkdaşlıq ruhu dayanıb.Bu forumun əsl mənasını formalaşdıran məhz sizin kollektiv ruhunuz oldu. İnklüzivliyi real həyata çevirdiniz, dialoqu isə ortaq fəaliyyətə transformasiya etməyi bacardınız”.Mətbuat.az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev forumun nəticələri və əhəmiyyəti ilə bağlı danışarkən deyib. Anar Quliyev forumun əsas dəyərinin kollektiv əməkdaşlıq, inklüziv iştirakçılıq və ortaq məqsəd ruhu olduğunu bildirib: “Məqsədlər üçün mənzil: daha təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu altında keçirilən WUF13 şəhərlərin və icmaların gələcəyi ilə bağlı qlobal dialoq, tərəfdaşlıq və birgə düşüncə platformasına çevrilib.Forum mənzil məsələsini qlobal şəhər gündəliyinin əsas mövzularından birinə çıxarıb və adekvat, əlçatan, təhlükəsiz və dayanıqlı mənzil təminatının dövrün ən mühüm çağırışlarından biri olduğunu bir daha göstərib. Forum boyunca aparılan müzakirələr mənzilin yalnız əsas insan ehtiyacı olmadığını, eyni zamanda ləyaqət, sosial inklüzivlik, iqtisadi imkanlar, dayanıqlılıq və davamlı inkişafın təməli olduğunu ortaya qoyub".Anar Quliyev vurğulayıb ki, WUF13 qlobal mənzil böhranının həlli üçün effektiv çoxtərəfli əməkdaşlıq, güclü tərəfdaşlıqlar, innovativ maliyyələşdirmə və koordinasiyalı beynəlxalq fəaliyyətin vacibliyini bir daha nümayiş etdirib.O qeyd edib ki, forum təkcə miqyası ilə deyil, həm də innovativ formatı, inklüziv iştirakçılığı və verilən güclü mesajlarla yadda qalacaq.Anar Quliyev çıxışında dövlət və hökumət başçılarının ilk dəfə keçirilən Liderlər Sammitini forumun əsas hadisələrindən biri kimi dəyərləndirib:" WUF13-də 27 dövlət və hökumət başçısının, yüksək səviyyəli nazirlərin, beynəlxalq təşkilat rəhbərlərinin və qlobal tərəfdaşların iştirakı tədbirin əhəmiyyətini daha da artırıb. Forum çərçivəsində 176 ölkədən 44 mindən çox iştirakçı bir araya gəlib və tədbirlər geniş beynəlxalq auditoriya tərəfindən canlı izlənilib.Forumun təşkilinə töhfə verən hər kəsə təşəkkürümü bildirirəm".Anar Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin və UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbaxın dəstəyini xüsusi qeyd edib. Onun sözlərinə görə, bu liderlik və əməkdaşlıq sayəsində mənzil və dayanıqlı urbanizasiya sahəsində beynəlxalq dialoq üçün mühüm platforma formalaşıb.

Gülbəniz Hüseynli / Mətbuat.az

Seçilən
23
metbuat.az

1Mənbələr