AZ

Amina Mohammeddən Azərbaycana təşəkkür mesajı

Xəbər verdiyimiz kimi, Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimi keçirilir.

Musavat.com-un əməkdaşı xəbər verir ki, mayın 17-22 tarixlərində keçirilən WUF13-ün bağlanış mərasimində açılış nitqi ilə çıxış edən BMT Baş katibinin müavini Amina Mohammed Azərbaycan hökumətinə və xalqına təşəkkür edib:

“Göstərdiyiniz misilsiz qonaqpərvərlik və liderlik bu forumun uğurunda mühüm rol oynadı. 2026-cı ildə burada keçirilən forum planlaşdırma və memarlıq sahəsində mühüm bir mərhələ kimi yadda qalacaq. Bu tədbir əsrlərlə formalaşmış ənənələri qorumaqla yanaşı, dünyamızın yeni çağırışlarına cavab verən müasir və innovativ yanaşmaları da təşviq edir. Ölkə boyunca biz yenidənqurma, inkişaf, icmaların reinteqrasiyası, infrastrukturun bərpası və ərazilərin mədəni canlılıq və iqtisadi inkişaf mərkəzlərinə çevrilməsinin şahidi oluruq. Burada, qədim yaşayış məskənlərindən biri olan bu şəhərdə biz həm də yenilənmə və dayanıqlılığın nümunəsini görürük”.

BMT rəsmisi vurğulayıb ki, Bakı müzakirələr və əməkdaşlıq üçün çox uyğun bir seçim oldu:

“Şəhər inkişafındakı dəyişikliklər hər sahədə yeni ümid və təsir yaradır. Son günlərdə baş verən güclü yağışlar və tufanlar bizə bir daha xatırlatdı ki, bu yeni reallıqlara qarşı mübarizədə dayanıqlılıq, qətiyyət və birlik ən vacib amillərdir.

Sonda isə təşkilat komandasına və bütün iştirakçılara xüsusi təşəkkürümü bildirmək istəyirəm. Onların peşəkarlığı və sarsılmaz səyləri bu forumun uğurla keçirilməsində mühüm rol oynadı”.

Nigar Həsənli
Musavat.com

Seçilən
17
1
musavat.com

2Mənbələr