Bakı, 22 may, AZƏRTAC
İctimai məkanların əhəmiyyəti insanların həyat keyfiyyətini artırmasındadır. Bu məkanlar sakinlərə daha yaxşı həyat şəraiti təqdim edir, insanların daha çox dincəlməsinə, gəzməsinə, təbiəti qiymətləndirməsinə imkan yaradır.
Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən çinli nümayəndə Mohd Şyafiq Bin Subri deyib.
O bildirib ki, ictimai məkanlar qonşuluqda yaşayan insanlar arasında sosial bağlılığı gücləndirir və icmanın daha da möhkəmlənməsinə töhfə verir.
Videoperator - İlham Nadirov