AZ

“Şimal axını” və enerji böhranı: Avropanın itkiləri artır

Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin rəhbəri Dmitri Biriçevski Avropanın anti-Rusiya siyasəti səbəbindən trilyonlarla dollar itkiyə məruz qaldığını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, RIA Novosti-yə danışan Biriçevski bu itkilərin Rusiyadan xammal idxalının dayandırılmasının nəticəsi olduğunu deyib.

Biriçevski Aİ-nin itkilərini “çox böyük” adlandıraraq, “Şimal axını” boru kəmərlərinə qarşı həyata keçirilən sabotaj hücumunun da bu itkilərə təsir etdiyini xatırladıb.

“1 trilyon dollara yaxın rəqəm gördüm. Rusiyadan xammal və karbohidrogen idxalından imtina edilməsi, qiymətlərin artması və digər mənbələrdən daha baha alışların həyata keçirilməsi böyük itkilərə səbəb oldu”, – deyə o bildirib.

Biriçevski əlavə edib ki, Moskva Avropaya qaz tədarükü məsələsini yalnız öz maraqları çərçivəsində həll edəcək.

“"Rusiyadan qaz almaq istəmirik, almayacağıq" deyə yüksək səslə bəyanatlar verib, gizli şəkildə alış etməyə çalışanlara qaz tədarükünün dayandırılması ehtimalı hökumət tərəfindən qiymətləndirilir”, – deyə rusiyalı diplomat vurğulayıb.

Seçilən
7
1
cebheinfo.az

2Mənbələr