AZ

Qurbanı kəsən kimi ətini yeməyin Səbəb

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Qurban bayramında ətin səhv saxlanması və bişirilməsi sağlamlıq üçün risk yaradır. Bu barədə kulinariya mütəxəssisi Kamal Şahanlıq xəbərdarlıq edib. O, ətin doğru hazırlanması qaydalarını açıqlayıb.Demokrat.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə bayramda edilən ən böyük səhv ətin kəsilən kimi bişirilməsidir."Ət mütləq ən azı bir gün gözlədilməlidir. İmkan varsa, ət əvvəlcə dondurucuda saxlanmalıdır. Sonra isə müsbət dörd dərəcədə saxlanaraq istifadə edilməlidir. Həmçinin əti bişirməzdən əvvəl otaq temperaturuna gətirmək lazımdır. Soyuq ət isti tavaya qoyulduqda suyunu itirir. Bu isə ətin dadına mənfi təsir edir.Heyvan kəsiləndən sonra ətdə ölüm sərtliyi yaranır. Bu səbəbdən qurban ətini bişirməzdən əvvəl mütləq marinad etmək lazımdır. Əti zeytun yağı, süd və ya qatıq kimi mayelərdə saxladıqda toxumalar yumşalır. Ətin altında yığılan qırmızı maye isə qan deyil. Bu, tərkibində mioqlobin olan təbii mayedir. Həmin su təmizdir və ətin qida dəyərini artırır".Onun fikrincə, tavada ət bişirərkən duzu ən sonda vurmaq lazımdır. Çünki duz ətin suyunun tez çıxmasına səbəb olur. Tavaya əti qoyduqdan sonra isə dərhal qarışdırmaq olmaz. Ət özünü tutana qədər gözləmək lazımdır. Bibər və pomidoru da növbə ilə əlavə etmək vacibdir. Bu tərəvəzlərdəki C vitamini əti daha da yumşaldır.Yəni, qurban ətinin dadlı və yumşaq olması üçün onu kəsilən kimi bişirməmək, bir gün gözlətmək, marinad etmək və duzu sonda vurmaq lazımdır.Aytən

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
78
1
demokrat.az

1Mənbələr